• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 05.02.2020 19:06

Yeni ixtira olunan aqreqat və maşınlar fermerlərə nümayiş etdirilib

KepezTV Player

Arpa, buğda, qarğıdalı üyüdən aqreqat, eləcə də ot, yonca dorğayan maşınlar. Bütün bunları Aqromexanika Elmi-Tədqiqat İnstitutunun alimləri ixtira ediblər. Bu 6 müxtəlif təyinatlı aqreqat və maşın Samuxda fermerlərə nümayiş olunub.

Ölkəmizdə 2 milyon 700 min baş iribuynuzlu heyvan bəslənilir ki, bu mal-qaranın da 1 milyon 300 mini sağılır. Hazırda ölkədə kiçik təsərrüfatlar üstünlük təşkil edir. Heyvanların yemlənməsinin avtomatlaşdırılması çox aşağı səviyyədədir. Təsərrüfat sahibləri əsasən ənənəvi üsuldan yararlanırlar.

Nicat Nəsirli - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri: İqlim amilləri ildənilə əlverişsiz keçdiyinə görə örüş otlaq sahələrində yem ehtiyatı azalır və biz başa düşməlik ki, otarma şəraiti ilə heyvandarlıqda ciddi məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görədə bizim təsasrrüfatlar yarımqapalı stasionar rejimə keçməlidir. Burada qüvvəli, sulu şirəli yemləndirmə vacib məsələdir.

Aqromexanika Elmi-Tədqiqat İnstitutunun alimlərinin hazırladıqları 6 müxtəlif təyinatlı maşın və aqreqat kənd təsərrüfatı sahəsində çalışanların işinin asanlaşdırılmasına hesablanıb. Bu avadanlıqların ölçüləri kiçik, enerji tutumu az, eyni zamanda iqtisadi cəhətdən səmərəlidir.

İsrayıl Məmmədov - Aqromexanika Elmi-Tədqiqat İnstitutunun baş konstruktor: Köhnə istehsal olunan qurğular Sovet dövründə 28-30 kilovatlıq idi. Onları indi istehsal eləmirlər çünki bahaddı həm də onlar üçün ayrıca transfarmator qurraşdırmaq lazımdır. Ancaq bunlar məişət gərginliyində istifadə etmək olar. 20-30 baş mal üçün istifadə mümkündür, üstünlüyüdə budu.

Zahid Qaraisayev - fermer: Yeniləşmiş modelləri gördüm get-gedə inkişaf edir, çox gözəldi. Bu, fermerin əməyini yüngülləşdirəcək.

Kamil Fətəliyev - Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru: Həmin qurğular Rusiya Federasiyasının patentini alıb. 20 il müddətinə bu qurğuları bizdən başqa heç kim düzəldə bilməz. Fermer təsərrüfatları üçün süd əvəz edici buzovları əmizdirmək üçün hazırlayırıq. Üzsüz südü əlavə qatqılar, bitki yağları əlavə etməklə  tam üzlü süd şəklində hazırlayır avtomat şəkilində buzovlara vermək olar.

Yeni qurğular Gəncə, Ucar və Şirvanda satışa çıxarılıb. Dəyəri 500-1000 manat olan avadanlıqlar 5 illik lizinq yolu ilə də fermerlərə təklif edilir.

 

Elnur Vahidoğlu