• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 04.02.2020 20:34

Gənclərin sahibkarlığa marağı

KepezTV Player

Gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin indiki dövrdə çox əhəmiyyətlidir. Müasir dövrümüzdə sahibkarlıq bacarıqları gənclərin və gənc sahibkarların əldə etməsi gərəkən ən vacib səriştələrdəndir. Bu gənclərin bilik və bacarıqlarının artırılması, onların ideya və layihələrinin dəstəklənməsi istiqamətində çox önəmlidir.

Nicat Məmmədov Gənc: Mən də bir gənc olaraq öz biznesimi qurmaq istəyirəm. Biznesə maddi və mənəvi dəstək olmalıdır. Xüsusən də dövlət tərəfindən. Bu dəstəyi də dövlətdən gözləyirik. İstəyirik ki, dövlət bizə dəstək göstərsin, biz də öz ideyalarımızı reallaşdıraq, ölkəmiz üçün nailiyyətlər gətirən ideyaların müəllifi olaq.

Rəvan Bayramov Gənc:Gənclər biznes sahəsini inkişaf etdirmək istəyirsə dövlət gənclərə qrantlar, subsidiyalar verməlidir.Müəyyən təşkilatlar yaranmalıdır. Gənc sahibkar olmaq üçün təlimlənmək lazımdır. Ən əsası gənc özünə inanmalıdır. Məsələn mən, mağaza açıb bizneslə məşğul olmaq istəyərdim.

Anar Kamranlı Gənc: İxtisasım biznesin idarə edilməsidir. Özümdə gələcəkdə bizneslə məşğul olmaq, karyera qurmaq istəyirəm. Bu mənada dövlətdən dəstək gözləyirəm. Biznesmenlər çox olsa dövlətimiz daha çox tanınar, daha çox inkişaf edər, gəlirləri artar.

Sahibkarlığın inkişafı, gənclər arasında sahibkarlıq düşüncə tərzinin formalaşdırılması və sahibkarlığın təşviqi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış KOBİA tərəfindən kiçik və orta “KOB Evi”, “KOB Dostu”, “KOB Könüllüləri fəaliyyət proqramı” və digər dəstək mexanizmləri mövcuddur.

Vüsalə Quliyeva Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mətbuat katibi: Biznesini qurmaq və genişləndirmək istəyən gənclər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostlarının xidmətlərindən istifadə edə bilərlər. Hazırda regionlarda 20-ə yaxın KOB dostu fəaliyyət göstərir. KOB dostları regionda biznes qurmaq istəyən və biznesini genişləndirmək istəyən sahibkarlara, eləcə də gənclərə informasiya məsləhət,əlaqələndirmə, təlim-tədris, maraqların müdafiəsi istiqamətində xidmətlər göstərir.

Sosial sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi gücünün əsas göstəricilərindəndir. Sosial sahibkarların sayı artarsa, bunun faydaları ölkə miqyasında hiss olunar. Bu mənada biznesə yeni başlayan gənclərə dəstək olmalı və onlara istiqamət vermək üçün maarifləndirici təlimlər təşkil olunmalıdır.

Elvin Nəbiyev "AMAL"ın Milli Proqram rəhbəri: Aqrar Məşğulluğun Artırılması Layihəsinin məqsədi kənd yerlərində yaşayan gənclər arasında aqrar sahədə məşğulluğun artırılmasına dəstək verməkdir.Ümumiyyətlə AMAL layihəsinin missiyası gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq, özünüməşğulluq imkanlarının artırılmasına dəstək verməkdir.Azərbaycanda müasir və inkişaf etmiş biznes qurumları ilə görüşlərin təşkil olunması, emal müəssisələri ilə tanışlıq kimi məsələlər gənclər üçün dəstəkverici funksiya olaraq bu layihədə özünü göstərir.

Gənc biznesə yeni başlayarkən, onlar bəzi hallarda bizneslə erkən vidalaşmalı olur.Gənclər dövlət dəstəyi mexanizmlərinin təşviqinə, məşğulluq prosesinə gənclərin daha fəal cəlb olunmasına, infrastruktur resurlarından səmərəli istifadə edilməsinə, maliyyə resurslarına əlçatanlığın artırılmasına dair təkliflərlə çıxış etməlidirlər.