• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 04.02.2020 20:43

Gəncə-Böyük Kəsik dəmir yolu istiqamətində yenilik

KepezTV Player

Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə,dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur:"Prosesə ötən il avqustun əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək".