• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3744
— 04.02.2020 20:33

Tovuzda baytarlar epizootik vəziyyəti nəzarətdə saxlayır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılır. Tovuzda da yerli baytarlar təsərrüfatları nəzarətdə saxlayır.

Tovuz rayonunda tədbirlər  2 şəhər və  102 kəndi əhatə etməklə 15 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir. Baytarlar rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir.

Elçin Qasımov  fermer: Xırda heyvanım və 7-8 malım var. Vaxtlı-vaxtında həkimlərimiz vaksinlərini vurur. Dabaq qarayara çiçək və digər xəstəliklərə qarşı peyvəndlər vururlar. Bu gündə gəliblər həmin tədbirləri aparırlar.

Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Zülfüqar  Kərimov Tovuz Rayon Baytarlıq İdarəsinin rəisi: Bu günədək rayon üzrə 25 min baş iri buynuzlu 1200 baş təkdırnaqlı heyvan qarayara xəstəliklərinə qarşı proflaktiki peyvəndləmə işi aparılıb. Bundan əlavə 3500-dən çox itə quduzluq əleyhinə vaksin vurulub.  Hal-hazırda tədbirlərimiz davam etdirilir.

Cari ildə Tovuz rayonunda mövcud olan  45 min baş iribuynuzlu, 200 mindən çox xırdabuynuzlu, 3 min baş təkdırnaqlı, 8 min baş it və 500 mindən artıq quşlar arasında peyvəndləmə tədbirləri davam etdiriləcək.

Natiq Hüseyn