• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 04.02.2020 10:25

Volkswagen elektrik minivenini ID.7 adlandıracaq

Alman Auto Bild dərgisinin əldə etdiyi məlumatlara əsasən Volkswagen ID. Buzz elektrik konseptinin seriya variantı 2022-ci ildə debüt edəcək.Yeni miniven ID.7 adını alacaq və dolu batareya ilə elektrik yükləmədən 600 km məsafə qət edəcək.

Elektrik miniveninin carçısı olan VW I.D.Buzz konsepti 2017-ci ildə Detroyt avtosalonunda debüt edib. Konsept ümumi gücü 364 at qüvvəsi olan iki elektromotor  və 111 kVs tutuma malik olan batareya ilə təchiz edilib. Konseptin bəyan edilən yürüş ehtiyatı köhnə NEDC dövrünə görə 600 km təşkil edirdi.  Konsept geniş transformasiya imkanına malik olan 8-yerli salon və mütərəqqi avtopilot sistemi ilə təchiz olunub.

Bir il sonra, 2018-ci ildə alman istehsalçısı konseptin yük variantı olan I.D.Buzz Cargo furqonunu nümayiş etdirib. 800 kq yükgötürmə qabiliyyətinə malik olan furqon da iki elektromotor ilə hərəkətə gəlirdi. Güc aqreqatlarının ümumi hasilatı 201 at qüvvəsi təşkil edirdi. Furqon üçün bir neçə variantda batareya təklif edilirdi – 48-111 kVs arasında tutuma malik olan batareyalar furqonu 550 km yürüş ehtiyatı ilə təmin edirdi. Əlavə 15 km isə damda quraşdırılan günəş batareyaları təmin edirdi.

Böyük ehtimalla, Volkswagen ID.7 modelinin müxtəlif yürüş ehtiyatına malik olan üç versiyası təklif ediləcək. Ən iri tutumlu batareya ilə təchiz edilən ven 600 km qət edəcək. Elektromobilin başlanğıc qiyməti 45 min avro olacaq.