• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 04.02.2020 10:46

Erkən nikah uğursuz gələcəyin təməli....

KepezTV Player

Azərbaycanda nikaha daxil olma yaşı qızlarda 17, oğlanlarda 18 kimi qeyd olunsa da buna heç də həmişə riayət edilmir. Amma təəsüflər olsun ki, bəzi valideynlər bu qanuna məhəl qoymadan qızlarını nikahdan kənar, 14-16 yaşında ailə qurmağa məcbur edirlər. Beləliklə də onlara uşaq yaşında psixoloji travma yaşadırlar.

Erkən nikaha munasibətiniz?

Ailənin, övladın nə demək olduğunu bilməyən  bir çox qız, özləri uşaq olmağına baxmayaraq artıq çiyinlərində ağır yük daşıyır. Təbii ki, ana olmaq bu dünyada ən gözəl hissdir, amma bu adı daşımaq üçün qadın yetkinlik yaşına çatmalıdır ki, ən azından övladına qayğı göstərə və nəyisə öyrədə bilsin.

Hansı yaşda ailə qurmaq sizcə daha düzgün olar ?

Erkən ailə qurmaq həm psixoloji, həm də fizioloji olaraq qızlara ağır zərbə vurur.Beləki erkən nikah qurmuş  qızlarda uşaqlıq yolu hələ doğuşa hazır omadığı üçün onlarda  çanaq sümükləri möhkəmlənmir, hamiləlik zamanı düşüklər olur,bətndaxili döl inkişafdan qalır, uşaqlıq yolunun cırılması və qanaxmalar baş verir.

Hacı Zeynalabdin Tağıyevin gözəl bir kəlamı var :“Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsız.”