• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 03.02.2020 13:05

Gəncədə avtoxuliqanlıq edən qardaşlar saxlanıldı

KepezTV Player

Gəncədə avtoxuliqnalıq edən daha üç sürücü saxlanılıb. Onlardan ikisi bir ailənin üzvüdür. Maraqlı məqam isə dırnaqarası qəhrəmanların bu kimi hərəkətləri əsasən toy karvanında etməsidir.

Arif Tağızadə - saxlanılan şəxs: Toy karkavınında gedirdim. Matorun gücü olduğundan yol boşluq oldu. Qaz verdim təkərlər eşdi. Camaatı narahat etdim. Əməlimdən paşmanam.

Gəncədə təhlükəsizlik şəhər kamerası vasitəsi ilə daha 3 sürücünün yol hərəkət qaydalarını kobud şəkildə pozduğu aşkarlanıb. Yolda təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən həmin sürücülər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Asif Tağızadə - saxlanılan şəxs: Şəhərdəydim boşluq idi. Çıxdım “VAZ 21074” gördüm onunla sürdüm. Yarışdıq manevrlər etdik. Beynimə nə gəldi etdim. Sonra tutub gətirdilər.

Saxlanılanlar, Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri də məlum olub. Məhkəmə qərarı ilə saxlanılanların hər birinə 15 sutka həbs verilib, 1 il sürücülük hüququndan mərhum ediliblər.

Toğrul Əliyev - saxlanılan şəxs: Toy karvanı gördüm. Gördüm aləm bir-birinə dəyib. Yol da boş idi. Elə birdən-birə mən girdim toy karvanına avtoxuliqanlıq etdim. Əməlimdən peşmanam.

Hacı Həsənov - baş inspektor: Mən gənclərimizi belə kobud qayda pozuntularından çəkinməyə səsləyirəm. Arzu edərdik ki, sürücülərimiz görülmüş inzibati tədbirlərdən, eləcəc də digər təbliğat işlərindən nəticə çıxartsınlar və yollarda hərəkət zamanı qaydalara əməl etməklə yüksək yol mədəniyyəti nümayiş etdirsinlər.

Son bir həftə ərzində Gəncənin müxtəlif ərazilərində avtoxuliqanlıq etdiyi üçün 7 nəfər saxlanılıb.

 

Natiq Hüseyn