• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 03.02.2020 10:42

Lotus şirkəti Evora GT410 modelinin yeni versiyasını təqdim edib

Lotus şirkəti Evora GT410 sportkarının yeni versiyasını nümayiş etdirib. Bu dəfə sportkarın adından Sport indeksi götürülüb. Üstəlik bu avtomobil, idman versiyasından üç min funt daha ucuz olacaq.

Evora GT410 modeli Sport indeksli versiyaya nisbətən daha komfortlu olub. Avtomobil Sparco idman oturacaqları, klimat-kontrol, həmçinin parklanma və ya aşağı sürətlərdə manervlər zamanı təhlükəsizliyi artıran arxa kamera ilə təchiz edilib.

Bundan başqa, mühəndislər səs izolyasiyasını yaxşılaşdırıblar. Evora GT410 standart təchizatına quraşdırılmış naviqasiyası olan və Apple CarPlay tətbiqini dəstəkləyən premium multimedia sistemi daxil edilib. Bununla yanaşı, qapı panelləri yenidən işlənərək əlavə ciblər və quraşdırılan dirsəkaltılar ilə təchiz ediliblər. Arxa hissədə, görünüşü yaxşılaşdırmağa xidmət edən şüşəli bölmə peyda olub.

Texniki cəhətdən dəyişiklik yoxdur - sportkar 410 at qüvvəsi hasil edən 3,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Evora GT410 modeli Böyük Britaniyada 82,9 min funt sterlinqdən başlayan qiymətlər ilə təklif edilir.