• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 31.01.2020 12:01

Evində silah gizlədən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinə Topalhəsənli kənd sakini Mərdan Həsənovun yaşadığı mənzildə odlu silah saxlaması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Həsənovun evində axtarış aparıblar. Əməliyyat zamanı fərdi yaşayış evindən bir ədəd “Karabin” markalı odlu silah və həmin silaha aid 29 ədəd patron aşkarlanaraq götürülüb. Mərdan Həsənov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində silahı on ilə yaxındır evində ailə üzvlərindən gizlin saxladığını deyib. Həmin şəxs silahdan havaya bir dəfə atəş açdığını da gizlətməyib.

Mərdan Həsənov saxlanılan şəxs: “Silah atamdan mənə qalıb. İstədim gətirib təhvil verəm. Qorxdum. Bir dəfə də bayramda atmişam. Ondan ayrı heç nə etməmişəm. Əməlimdən paşmanam”.

Samir Rüstəmov baş müstəntiq: “Hazırda Mərdan Həsənovun həmin odlu silahı haradan əldə etməsinin müəyən edilməsi istqiamətində tədbirlər davam etdirilir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsinin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır”.

Natiq Hüseyn