• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 31.01.2020 11:02

Robot tozsoran təqdim olundu

Tayvanın “EQL Technology” şirkəti CES sərgisində yeni smart ev robotunu təqdim edib.


Kiçik ekranda cizgi filmindəki simaya malik olan “Qubi” ilk baxışdan bazardakı digər populyar botlara çox oxşayır. Ancaq o, kiçik dəyişilən “Roomba” tozsoranına malikdir.

Robot ev yığışdıra, digər smart cihazlara qoşula, hətta əsl köməkçi və mühafizəçi kimi ev sahibinə hər şeyin qaydasında olduğu barədə bildirişlər də göndərə bilir.

Onun cihazdan ayrılan bir disk tozsoranı da var. Yenilik insanın sağlamlığına da nəzarət edə bilir ki, məsələn, ona təzyiqi yoxlamağı da xatırladır.

Cihaz sifət və nitqin tanınması seçimlərinə də malikdir. O, səsli komandalara reaksiya verir və insanla ünsiyyətə daxil olmağı da bacarır.

Tayvan şirkəti hələlik cihazın qiyməti və satışa başlanılacağı tarixlə bağlı heç bir məlumat verməyib.