• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 30.01.2020 21:34

Gəncəli boksçu yığmanın Tailand toplanışda olub

KepezTV Player

Gəncə boks məktəbinin yetirməsi Rüfət Hüseynov Azərbaycan yığmasının heyətində yollandığı Tailanddan qayıdıb. Komandamız Asiya ölkəsində 2 həftəlik təlim-məşq toplanışında olub. Kubalı mütəxəssis Umberto Orta Dominqesin rəhbərlik etdiyi milli Fransa, Tailand, Flippin, Avstraliya və Yeni Zelandiyadan olan boksçularla birgə məşq edib. Yığmamız hazırlıq dövründə sparinq rəqiblərlə yoldaşlıq görüşləri də keçirib. Məşqçilər korpusu toplanış çərçivəsində 8 çəki dərəcəsində 13 dəri əlcək ustasını sınaqdan keçirib. Yığmanın Tailand səfəri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyıb.