• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 29.01.2020 17:50

Avtomobil qaçıran şəxslər tutuldular

KepezTV Player

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar. Təəssüfdoğuran bir məqam da odur ki, həmin şəxslərdən biri yeniyetmədir. 

Yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirməsi ilə bağlı DİN-in 102- Zəng Mərkəzinə müraciət daxil olub. Müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan şəxs gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Yasamal RPİ-nin İstintaq Şöbəsində şübhəli şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.