• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 28.01.2020 20:31

Baytarlar qarayara əleyhinə qabaqlayıcı tədbirləri davam etdirir

KepezTV Player

Goranboy rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Goranboy Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. Hava şəraiti əlverişli olarsa tədbirlərin fevral ayının ilk günlərində  yekunlaşdırılması nəzərdə tutulur.

Elsevər Hüseynov Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi:Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də heç bir infeksion xəstəlik qeydə alınmayıb. Epizootik durum sabit olub. Hal-hazırda bu xəstəliklərin qarşısını alınması məqsədi ilə proflaktiki tədbirlər davam etdirilir. İş qrafikimizə uyğun  olaraq gündəlik kəndlərdə oluruq.

2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Goranboy rayonunda 15439  baş iribuynuzlu, 708 baş təkdırnaqlı heyvana qarayaraya, 1959 baş itə quduzluq əleyhinə peyvənd vurulub.

Əlixan Abbasov təsərrüfat sahibi:Heç bir təlafat yoxdur. Bütün xəstəliklərə qarşı həkimimiz sağ olsun vaxtlı-vaxtında tədbirlər görür. Yəni xəstəlik barədə heç bir narahatçılığımız yoxdur.

Profilaktik tədbirlər çərçivəsində baytarlar həm də iti yoluxucu xəstəliklər barədə təsərrüfatçılara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.