• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 28.01.2020 10:35

Dünyanın ən bahalı ağ-qara şəkil çəkən kamerası: Leica M10 Monochrom

Leica şirkəti istehsal etdiyi kamera və kamera sensorları ilə ekosistemdə keyfiyyət baxımından seçilən marka halını alıb. 9.434 Dollara satışa çıxarılan M10 MonoChrome dünyanın ən bahalı ağ-qara şəkil çəkə bilən kamerasıdır. Öncə qeyd edək ki, bu cihazın 40 MP-lik sensoru var. Bu sensor xüsusilə monoxrom olaraq hazırlanıb. Yəni rəngli şəkillər çəkmək istəyirsinizsə, bu kamera sizə görə deyil. Professional çəkilişlər üçün nəzərdə tutulan kameranın 160 ilə 100.000 arasında İSO dəyərləri var. Həmçinin bu qədər geniş aralıqda İSO dəyəri olan ilk kameradır. Bu səbəbdən çəkilən hər şəkildə mükəmməl dərəcədə kəskinlik əldə etmək mümkün olur. M10 Monochrome öz seriyasının ən səssiz cihazıdır. Şəkil çəkilən zaman cihazdan çox az bir səs çıxır. Kameranın gövdə dizaynına baxdıqda sağlam hazırlandığını demək mümkündür.