• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 28.01.2020 10:34

GMC Yukon da «tank dönməsi» funksiyasına sahib olub

Bir müddət bundan öncə debüt edən yeni nəsil GMC Yukon ofrouderi maraqlı bir funksiyaya sahib olub - elektronikanın xüsusi tənzimləmələri sayəsində ofrouder, demək olar ki, tank kimi yerində dönə bilər. Bu funksiya fırtına dönməsi» adını alıb və Rivin R1T elektrik pikapında quraşdırılan  “tank dönməsi” funksiyasına bənzəyir.

Əlbəttə ki, bu dönüşü yerinə yetirmək üçün, təkərlərin altındakı zəminin kiçik ilişmə əmsalına malik olan səthin mövcudluğu şərtdir. Bu zaman elektronika seçilən təkərləri dayandıraraq, mərkəzi oxun ətrafındakı dönmə radiusunu azaldacaq. Bununla yanaşı, şirkət nümayəndəsi Hurricane Turn funksiyasını reklam etməyəcəklərini və bu sistemin  sistemlərin incə tənizmlənməsinin «kənar nəticəsinin» olduğunu bildirib.

GMC Yukon 360 at qüvvəsi və 519 Nm fırlanma anı hasil edən 5.3-litrlik, həmçinin 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən 6.2-litrlik benzin mühərrikləri, eyni zamanda, 281 at qüvvəsi və 623 Nm fırlanma anına malik olan Duramax dizeli ilə təklif edilir. Bütün mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. Standart olaraq Yukon modeli arxa ötürmə ilə təchiz edilir. Tam ötürmə - opsiyadır.