• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 27.01.2020 19:03

"Gəncə" uğursuz oyunlara son qoyub

KepezTV Player

Kişi basketbolçulardan ibarət komandalar arasında keçirilən Superliqada ötən həftəsonu 14-cü turun oyunları reallaşıb. Liqada eyni gündə 4 görüş baş tutub.

Hesabat turunda Azərbaycan çempionatında Gəncəni təmsil edən şəhərin eyniadlı komandası “80-lər” kollektivi ilə üz-üzə gəlib. Autsayderlə qarşılaşma Rizvan Səfərovun çalışdırdığı qərb klubu üçün uğursuz oyunlar seriyasına son olub. Nizami yurdunun təmsilçisi zəif rəqibi önündə 97-78 hesabı ilə qələbə qazanıb. Bununla da, “Gəncə” 3 məğlubiyyətdən sonra uğurlu nəticəyə sevinib. Bu oyunda gəncəlilərin lideri və kapitanı Amil Həmzəyev Avropada olduğundan yenə komandasına kömək edə bilməyib. Əvəzində yeni transfer, ukraynalı Yuriy Loxmançuk özünü ən yaxşı tərfdən göstərək qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. O, 41 xal toplayıb. 14 turdan sonra Gəncə turnir cədvəlində 21 xalla 8 klub arasında 4-cüdür. Komandamız növbəti turda “Sərkərdə” ilə görüşəcək.