• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 27.01.2020 12:09

Gözəllik salonu yandı

KepezTV Player

Gəncədə Nizami Gəncəvi prospektində yerləşən ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonunda yanğın baş verib. Yanğın nəticəsində xəsarət alan olmasa da, gözəllik salonunun içərisində olan əşyalar yanıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub, yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.İlkin versiyaya görə, yanğın qısaqapanma nəticəsində olub.

Hadisə şahidi - Yoldan keçirdim.Gördüm yanğın baş verir.Gəldim köməklik göstərməyə, söndürmək üçün. Yanğınsöndürənlər gəlib, yanğını söndürdürlər.