• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2254
— 27.01.2020 10:47

İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

"General Motors" şirkətinin "Cruise" bölməsi "Origin" adlı ilk sürücüsüz elektromobil təqdim edib. Altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib. "Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək. Gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da qiymətin çox ucuz olacağı deyilir.

2013-cü ildə ABŞ-da yaradılan "Cruise" şirkəti 2016-cı ildə "General Motors" tərəfindən 1 milyard dollara satın alınıb. Bundan başqa, hazırda "SoftBank" investisiya fondu və "Honda" şirkətdə paya malikdir.