• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 25.01.2020 16:39

"Qırmızı körpü" gecə reyslərində birincidir

KepezTV Player

Ötən il avtobuslar üçün istifadəyə verilən gecə reyslərindən ən çox səfər "Qırmızı körpü" istiqamətinə olub. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin məlumatına görə, Gəncə, Qırmız körpü, Mingəçevir və Şəki istiqamətlərində hərəkət edən avtobuslarla ümumi 411 reys həyata keçirilib. Ötən ilin oktyabrın 1-dən gecə reyslərindən 23 min sərnişin yararlanıb. "Qırmızı körpü" istiqamətindən sonra ən çox gecə səfərləri Gəncə və Şəkiyə olub.