• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 25.01.2020 16:35

ADAU-da gənclər bir araya gəlib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universiteti region gənclərinin ictimai fəallığının artırılması istiqamətində daha biur addım atıb. Gənclərlə keçirilən görüşdə dövlətin aqrar sahəyə ayırdığı diqqət və bu sahə üzrə kadr hazırlığının əhəmiyyəti vurğulanıb. Mövcud problemlərin həllində gənclərin şəbəkələşməsinin zəruriliyi, onların təşəbbüskarlıqlarının artırılması, gənclərin ictimai rolunun yüksəldilməsindən danışılıb. Aqrar sahədə dövlətin iştirakı, kənd təsərrüfatında istehsalın artırılması, arzu olunmaz iqlim və ekoloji təhlükələr görüşdə gələcək kadrlara başa salınıb. Yerli istehsalçıları müdafiə etmək məqsədi ilə idxalın subsidiyalaşdırılması və beynəlxalq rəqabətə tab gətirən məhsul istehsalı təlimlər vasitəsilə gənclərə çatdırılıb.