• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 24.01.2020 18:04

Məktəbli dəm qazının qurbanı oldu

KepezTV Player

Qaxda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb. Qaxbaş kənd sakini, 17 yaşlı Rövşən Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Rövşən Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib. Faktla bağlı araşdırma aparılır. 17 yaşlı Rövşən Qax şəhər 2 saylı məktəb-liseyin 11-ci sinfinin şagirdi olub.