• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 23.01.2020 11:40

Büdcəyə necə qənaət edək?

KepezTV Player

Qənaət etmək – gözəl pul xərcləməkdir. Hər kəs bundan faydalana bilər. Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əsla, yox! Qənaət dedikdə, xərcləri optimallaşdırmaq və maliyyə durumunu yaxşılaşdırmaq məqsədilə qazandığın məbləğdən az xərcləmək nəzərdə tutulur.

İqtisadiyyat elminə görə, məhsulun qiyməti düşəndə, ona tələbat artır, lakin pulu sola-sağa xəcləyən təbəqə üçün bunun əksi olur - məhsul bahalaşdıqca, ona tələbat da artır. Və araşdırmalar göstərir ki, insanların əksəriyyəti bədxərcdir.  Axı bədxərclik çoxlarının düşündüyü kimi çox xərcləmək yox, gəlirlərini normal nizamlaya bilməməkdir. 

Büdcə Qədim norman dilində pul kisəsi deməkdir. O gəlir və xərclərin arasında yaradılan bir balansdır. Ailənin cəmiyyətin kiçik bir model olduğu düşünülsə, o zaman burada büdcənin formalaşması da vacib amillərdən hesab olunur.

Sosioloqların fikrincə qənaət olunan hər bir manat da gəlir hesab olunur. Sokratın belə bir sözü var.” Bu günün israfçısı sabahın dilənçisidir”.

 

Aynur Mehdiyeva