• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 24.01.2020 19:17

İlk dəfə səs verən gənclərlə görüş keçirilib

KepezTV Player

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ilk dəfə səs verən gənclərlə görüş təşkil olunub. 100-dən artıq gəncin qatıldığı tədbir Gənclər İdman Baş İdarəsinin təşkilatçılığı, Ombudsman Gəncə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Toplantının reallaşdırılmasında məqsəd səsvermədə ilk dəfə iştirak edənlərin seçki proseduru ilə bağlı maarifləndirilməsi olub. Görüşdə seçkilərlə bağlı informasiya çatışmazlığının aradan qadırılması məsələsi müzakirə olunub, gənclərin prosedurda fəal iştirakını təmin etməyin vacibliyi diqqətə çatdırılıb.

Rəşad Əlizadə - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri: Bu günkü tədbirimizdə 120 gənc iştirak edir. Tədbirlərimiz silsilə xarakter daşıyır.