• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 24.01.2020 12:09

Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib. ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir. Harmancı deyib ki, xəstəliyin əsas səbəbi məlum olmadığından ÜST insanlara bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edir. Həmin tədbirlərə əlləri sabunla yumaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla və ya köynəyin qolu ilə bağlamaq, qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq, hərarət, öskürək və təngnəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək, qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək daxildir. O, təşkilatın bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmədiyini də vurğulayıb.Xatırladaq ki, Çində yeni növ koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, artıq 26 nəfər həyatını itirib. Koronavirusun yeni növü artıq digər ölkələrdə - Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada da aşkar edilib.