• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 23.01.2020 20:33

İlk dəfə olaraq xaricə törədici toxum satılacaq

KepezTV Player

Respublika Süni Mayalanma Mərkəzində bəslənən 5 cinsdə 20 baş Almaniya və Avstriyadan gətirilən ətlik, südlük istiqamətli törədici buğadan həftədə 3 dəfə toxum götürülür. Təsərrüfatlarda olan mal-qaranın damazlıq cins tərkibinin dəyişdirilməsi və məhsuldar cinslərin yaradılması üçün ötən il mərkəz tərəfindən 120 min doza toxum satılıb və 85 faizində mayalanma baş tutub. Bu ildən mərkəz Gürcüstana törədici toxum satışını həyata keçirəcək.

Ramiq Abbasov Respublika Süni Mayalanma Mərkəzinin direktoru:Bu gün yerli təlabat ödəndikdən sonra bizim xaricə çıxmaq ən böyük arzumuzdur. Bu bizim həm büdcəmizə böyük təsir edəcək, həm də müasir avadanlıqların alınmasında böyük dəstək olacaq. Gürcüstandan sonra biz planlaşdırırıq ki, Orta Asiya ölkələrinə razılığa gəlib həm kadr hazırlığında, həm də toxum satışı həyata keçirək. Bizdə ən müasir təlim mərkəzi var. Bu gün  mayalanma üçün  fermerlərin arzuladıqlar heyvanlar bizdə var.

Pərviz Musayev Respublika Süni Mayalanma Mərkəzinin aparıcı mütəxəsisi:Həm də biz toxumla deyil, lazım gələrsə başqa süni mayalanma ləvazimatları ilə də təmin edəcəyik. Bizim toxumların keyfiyyəti bunu dəstəkləyir. Heç bir problem olacağını da düşünmürük.

Ötən ilin noyabır ayından  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun tabeçiliyinə verilən Respublika Süni Mayalanma Mərkəzi ən müasir avadanlıqlarla təchiz olunub. Bu avadanlıqlarla toxumun genetik tərkibinin öyrənilməsi həyata keçirilir. Bu bölgələrdə də Toxum satış mərkəzlərinin fəaliyyətinə imkan verəcək.

Ramiq Abbasov Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Aparılan toxumlar genetik material, maya azot, ləvazimatlar ayda bir dəfə aparılır. Cəlilabadda mağazaya verilir. Mağazada yaxşı mütəxəsislər hazırlanıb, onlar bizdə təlim keçdilər. Onlar bütün cənub bölgəsini təmin edir. May ayına kimi Zaqatala, Bərdə, Xaçmaz zonasında da elə toxum mart mağazaların açılışı gözlənilir. Biz təsərrüfat hesablı müəssisə olduğumuz üçün işimizə müsbət təsir edəcək. Həm də bu bir müasirlik olacaq

Bundan başqa bu il mərkəzə Almaniyadan 2 baş ətlik "Limuzin", 2 baş südlük "Cersey" cinsindəndən olan buğa, eləcə də Bolqarıstandan 2 baş kəl gətiriləcək.