Qədim xalq sənət növlərindən olan misgərlik, əvvəlki gücünü saxlamasa da, bu, qədim el sənəti daşıyıcıları tərəfindən yaşadılır. Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlara günümüzdə elə də çox tələbat olmasa da hələ də bəyənərək sevərək alıb istifadə edənlar də az deyil.Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir.Gəncədə bu sənəti sevərək icra edən, yaşadan ustalardan biri də misgər Qalib Fəhimovdur.
Emalatxanasında misdən qazan, məcmeyi, samovar hazrlayan sənətkar indi əsasən müasir elementlərin mis üzərinə köçürülməsinə üstünlük verir. Nizami Gəncəvinin rəsmini mis qabın üzərinə döyən misgər əl işinin görənlər tərəfindən maraqla qarşılandığını söyləyir.
Sənətkarın dediyinə görə bu sənət ona ulu babasından qalıb. Misgər ömrünün sonunadək bu sənətlə məşğul olacağını, onu tarixin gələcək səhifələrində də yaşadacağını deyir.
Gülnur ibrahimova
- Baxış: 551