• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 19.01.2020 20:11

Baxımlı xanım necə olmalıdır?

KepezTV Player

"Çirkin qadın yoxdur, baxımsız qadın var" deyiblər. Özünə baxmağı bilən xanımlar hər zaman, hər yerdə göz oxşayırlar. Bəs necə etmək lazımdır ki, hər zaman gözəl və təravətli qalaq? Daim xanımların gözəl görünməsi üçün çalışan kosmetoloq  Zita xanım baxımlı olmağın və düzgün qulluğun sirlərini paylaşır..

Baxımlı xanımlar cəmiyyət arasında özlərini göstərər və adətən   bir ulduz kimi parlayarlar. Fərqli olan hər şey diqqətçəkicidir və kəşf edilməyə layiqdir.Təbii qadın bəlkə də təbiətdəki ən estetik varlıqdır. Elə qadınlar  var ki, hətta uzaq məsafədən də cazibədarlıq impulsları ötürürlər..Təbii ki, baxımlı dedikdə ağıla ilk gələn iş aalona gedərək saç rəngini dəyişmək, rəngarəng makiyajlar etmək göz önündə canlanır. Vizajist Mətanət xanım deyir ki, təmizlik baxıma gedən yolun ilk addımıdır.

Həyat özünü tapmaq yox özünü yaratmaqdır ..deyir CoCo Chanel..və xanımlar bu devizdən istifadə edib baxımlı olmağa və öz stillərini yaratmağa çalışırlar

Unutmayaq ki, gözəllik möhtəşəm bir qüdrət olsa da, təbəssüm onun qılıncıdır...Yaşından, statusundan, dəblə yaxınlığından asılı olmayaraq təbəssüm edən qadın hər zaman gözəldir...

 

Gülnur İbrahimova