• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 18.01.2020 20:09

Psixoloqların həyatımızdakı rolu

KepezTV Player

Cəmiyyət sürətlə dəyişir. İnsanlarda özünə qapanma, düşünmə halları durmadan artır.  “Bacardığım qədər özüm üçün yaşayım” düşüncəsinin bir təfəkkürü formalaşır.İnsanlarda zəiflik, narahatlıq və onun bərabərində gətirdiyi depressiya sindromundan əziyyət çəkmələr get-gedə artır və onlar bu anda tutunacaq bir əl axtarırlar. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki, gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik.

Sağlam  bədənde sağlam ruh olar misalı ilə razisinizmi?Zəmanəmizdə psixoloqa müraciət edənlər öncəki illərə nisbətən daha çoxdurmu?sizcə psixoloqun  həyatımızda nə kimi rol oynadığı cəmiyyətimizdə aydın şəkildə anlaşılırmı? Nə zaman, hansı hallarda psixoloqa müraciət etmək lazımdır? Insanlar görürlərki artıq özləri öz problemlərini həll eliyə bilmirlər o zaman professional yardıma üz tutmalıdırlar.

“Xoşbəxtliyi dadmadan hər zaman xoşbəxt olmaq istəyərsən.Amma nələrin səni xoşbəxt etdiyini bilmədən nələrlə xoşbəxt olacağını necə bilmək olar?!” deyir məşhur psixoloq Ziqmund Freyd. Elə müasir dövrdə də xoşbəxtliyin sirrini tapmaq üçün insanların çox vaxt müraciət etdiyi şəxs yenə də psixoloqdur.

Sözsüz ki, psixoloq çoxlu sayda insanların problemi ilə rastlaşdığı üçün özü də mənfi enerji ilə yüklənmiş olur. Belə vəziyyətdə onlar özlərini necə qoruyur?

Nəzərə almaq lazımdır ki, nə qədər həyat var nə qədər insan var o qədər də problemlər və çətinliklər həyatımızda kölgə olmağa davam edəcək.Ona görə də ən əsası günə başlarkən pozitiv ruhlarla başlamaq lazımdır.

 

Gülnur İbrahimova