• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3136
— 17.01.2020 11:25

Sağlam yaşamağın yolları

KepezTV Player

Sağlam yaşamağın sirri ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Normadan artıq qəbul edilməsi isə təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər.

“Sağlam həyat, sağlam idmanın nəticəsidir”.İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

Gün ərzində ən azı 2-3 litr maye qəbul edilməsi bu sahədə ən ilkin göstərişlərdən biridir. Səhər yataqdan qalxarkən bir stəkan su içilməsi çox faydalıdır.Meşədə, təmiz havada gəzməyi, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Sağlam olmaq üçün zərərli vərdişlərdən çəkinmək mütləqdir. Bunlar sağlam olmağın ilkin üsullarıdır.

Dünyada ziyanverici qüvvələrin sayının hər gün artmasına baxmayaraq, insan istəsə, hər bir şəraitdə sağlamlığını qoruya bilər. Hər kəsin ən yaxşı həkimi məhz özüdür. Dahilərdən birinin təbirincə desək, “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan da hər şey bir heçdir”.