• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 22.01.2020 11:02

“Hisense” rəngli “E-Ink” ekranlı dünyanın ilk smartfonunu nümayiş etdirib

“Hisense” şirkəti perspektivdə mobil elektronika bazarında yeni trend olacaq rəngli “E-Ink” ekranına malik dünyanın ilk smartfonunu təqdim edib.

Istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni texnologiya elektron mürəkkəb əsasında rəngli displeylərlə təchiz edilən modellərin kütləvi buraxılışına başlamağa imkan verən səviyyəyə çatıb.

 Bildirilir ki, nümayiş etdirilən ekranların yenilənmə tezliyi ağ-qara displeylərdən xeyli yüksəkdir. Şirkətin “E-Ink” matrisalı ilk qurğusunun ötən il buraxılan “Hisense A5” smartfon modeli kimi orta qiymət seqmentinə aid olacağı gözlənilir.

 Smartfon uzunmüddətli avtonom iş üçün nəzərdə tutulan orta sinifli qurğu olacaq. “Hisense Color” adlı yeni qurğunun texniki xüsusiyyətləri və təqdimat tarixi hələ ki açıqlanmayıb.