• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 21.01.2020 11:01

Elastik və davamlı batareya təqdim edilib

 Cənubi Koreyanın "Jenax" şirkəti ultranazik, elastik və yenidən enerji ilə doldurulan "J.Flex" litium-ion batareyası hazırlayıb. İstehsalçılar izah ediblər ki, yenilik "müasir texnologiyalarla-məsələn, elastik displeyə malik telefonlar və ya yığcam qurğularla daha yaxşı qarşılıqlı əlaqə yaradılması üçün lazımdır.

 Şirkət əmindir ki, yeni hazırlama gələcəkdə qurğuları adi litium-ion batareyaları ilə müqayisədə enerji ilə daha yaxşı dolduracaq. Yaradıcılar qeyd ediblər ki, yeni batareyaları pilotsuz uçan aparatlarda istifadə etmək planlaşdırılır: uçan aparatın qanadlarında və ya şassisində quraşdırılan elastik batareya korpusda başqa komponentlər üçün boş yer saxlayacaq.