• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 20.01.2020 11:25

Bir nəfər yanaraq ölüb

KepezTV Player

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən ərazisində Rusiya vətəndaşına məxsus TIR ilə "QAZel" markalı yük maşını toqquşub. Nəticədə "QAZel" alışıb və hələlik kimliyi məlum olmayan Cəlilabad sakinlərindən biri yanaraq ölüb, digəri yaralanıb.<br>Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları cəlb olunub. Vəfat etmiş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 39 yaşlı Xalim&nbsp; Cəfərov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fakt araşdırılır.