• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 18.01.2020 16:34

Gəncə cüdoçuları 2 medal qazanıb

KepezTV Player

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda həm qızlar, həm də oğlanlar mübarizə aparıb. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Gəncə idmançıları da mükafatlar uğrunda tatamiyə çıxıb. Nizami yurdunun təmsilçilərinin qazancı iki medal olub. Oğlanlar arasında  Ramil Rəfibəyli 73 kq-da 3-cü yeri tutubsa, qızların mübarizəsində Könül Əliyeva bütün rəqiblərinə qalib gəlib. O, 48 kq çəki dərəcəsində ən yüksək nəticəni göstərib. Əliyeva bundan öncə qadınlar arasında Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu qüvvəsini sınayıb. Qalib və mükafatçılara diplom, medal, eyni zamanda pul mükafatları təqdim olunub.