• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 17.01.2020 18:44

Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib

KepezTV Player

Saatlı rayonunun Seyidlər kəndində zəhərlənmə hadisəsi baş verib. Kənd sakini, 46 yaşlı Əbülfəz Məmmədov, onun həyat yoldaşı, 45 yaşlı Xuraman Məmmədova, övladları, 13 yaşlı Əli, 11 yaşlı əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib və xəstəxanadan evə buraxılıblar. Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvləri göbələkdən zəhərləndiklərini deyiblər. Dəqiq səbəbi müəyyən etmək üçün götürlən qan nümunələri Respublika Toksikologiya Mərkəzinə göndərilib.Faktla bağlı araşdırma aparılır.