• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 17.01.2020 19:40

Güləşçilərimiz Fransada yarışacaq

KepezTV Player

Sabah Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turnirinə start veriləcək. Ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

"Qran-pri"də Azərbaycanı yunan-Roma güləşi üzrə yığma komanda təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən milli komanda bu gün Rusiyadan Fransaya yollanacaq. Nitsada baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında 9 çəki dərəcəsində 11 güləşçi qüvvəsini sınayacaq. Yarışda Murad Taleh Məmmədov, Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov və Sabah Şəriəti kimi idmançılar iştirak edəcək. Qeyd edək ki, yanvarın 19-da yekun vurulacaq turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.