• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 17.01.2020 11:03

Sizin yerinizə sevgili seçən ağıllı qolbaq

"DNANudge DNABand" "ağıllı" qolbağı DNT-yə görə həyat tərzini seçməkdə yardımçı olacaq. Qolbağın addımları saymaq, nəbz ölçmək xüsusiyyətləri də var.

İstifadəçinin yanağının iç tərəfindən alınan nümunə analiz edilərək DNT təyin edilir. Sonra "DNABand"ə sığacaq bir kapsula yerləşdirilir. Kapsul yerləşdirildikdən sonra qida təyininə başlamaq olar. Bundan başqa, "DNANudge"ın mobil tətbiqi də var.

DNT testi aparılan isitfadəçi qolbağı hansısa qidanın barkoduna yaxınlaşdıranda onun orqanizmi üçün uyğun olub-olmadığını öyrənə bilir. Yaşıl rəng uyğun olduğu, qırmızı isə uygun olmadığını bildirir.

Qolbaq sadəcə qidalanma məsələsində köməyə yetmir. Eyni zamanda, o, DNT-si uyğun gələn şəxs aşkar etdikdə yaxınlaşmağı tövsiyə edir.