• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 16.01.2020 20:33

Gəncə Dövlət Dram Teatrında “Alınyazısı”

KepezTV Player

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Gəncə Dövlət Dram Teatrında tədbir keçirilib.Əvvəlcə Teatrının foyesində istedadlı gənclərin “20 Yanvar” faciəsinə həsr edilən rəsm sərgisinə baxış keçirilib. Daha sonra teatrın aktyorları tərəfindən “Alın yazısı” kompozisiyası təqdim olunub. Səhnə əsərində keçən əsrin 90-cı illərində Sovet mperiyası və ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər canlandırılıb. Həmin illərdə baş verən hadisələr video-görüntülərlə sintez edilərək  təqdim edilib. Quruluşçu rejissoru xalq artisti Vaqif Şərifovun olduğu tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Yunis, Yusif Cəfərov, Sevda Orucova ifa edib. Aydın Murovdağlının  “Alın yazısı” əsəri əsasında hazırlanan eyni adlı kompozisiyasını şəhər ictimaiyyətinin nümayəndələri izləyiblər.