• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 16.01.2020 20:30

Qərb bölgəsinə yağan qar Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirdi

KepezTV Player

Səhərin erkən saatlarından etibarən Gədəbəy rayonunda yağan qar, intensiv hərəkətə bir sıra maneələr törədib.Xüsusilə avtomobillərin gediş-gəlişində problem yaranıb.

Yağan qar yollarda çətinlik yaradıb. Hava şəraiti əsasən dağ kəndlərinə hərəkət edən avtomobillərin sürücüləri, eləcə də yolu Yasamal aşırımından düşənləri daha tədbirli olmağa sövq edib. Yağan qarla yanaşı dumanın da müşahidə edilməsi sürücülərə ehtiyatlı hərəkət etməyi vacib edib.

Əli Rəhimov sürücü: Qarın yağması gediş-gəlişi biraz çətinləşdirib. Gərək ehtiyatlı olaq. Sürücülərə tövsiyəm odur ki, qardan ehtiyat etsinlər.

Rövşən Cəfərov sürücü: Qar böyük fəsad törətməsə də ehtiyatlı olmaq lazımdı. Yol idarəsi əməkdaşları da yolları təmizləməyə çalışır. Bütün sürücülər diqqətli olsun

Ötən gündən başlayaraq Gədəbəy ərazisinə yağan qar rayon mərkəzində 5, dağlıq ərazilərdə isə 10-20 sm qalınlığındadır. Təbiət hadisəsi sürücülər üçün çətinlik yaratsa da sakinlər ilk qarın yağmasına sevinir.

İntizar Ələsgərova sakin: Qarın yağması faydalı, bir o qədər də yaxşı deyil. Kənd təsərrüfatına faydası daha çoxdur. Ancaq yollarda narahatçılıq yaradır, sürücülərin gediş-gəlişini məhdudlaşdırır.

Hərəkətin intensivliyini təmin etmək üçün yol təsərrüfatı işçiləri gücləndirilmiş iş rejimində çalışır. Texnikalar vasitəsilə yollara qum-duz qarışığı tökülür. Yol kənarlarına yığılan ehtiyatlardan da istifadə edilir. Yolları qardan və buzdan təmizləmək üçün 40 ton duz, 600 kubmetr qum tədarük olunub. Nəticədə Şəmkir-Gədəbəy-Novasaratovka yolunda da nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.