• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 16.01.2020 16:30

20 Yanvar faciəsinin qurbanları anılıblar

KepezTV Player

Gəncə şəhər Mərkəzi Kitabxanasının oxu zalında da 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar “20 Yanvar - Unudulmaz qan yaddaşımız” adlı anım tədbiri baş tutub. 30 il bundan öncə yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən danışılıb, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin göstərdiyi şücayət dilə gətirilib. Bu tarix Azərbaycanın istiqlaliyyət yolunun əsası kimi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi önə çəkilib. Sovet ordusunun Bakıda müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qətliama ulu öndər Heydər Əliyevin etiraz səsi ucaltdığı vurğulanıb. Tədbir iştirakçıları bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşduğunu vurğulayıblar.