• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 16.01.2020 11:44

Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib

KepezTV Player

Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı əksər ticarət obyektlərində və köşklərdə hələ də azyaşlılara siqaret və spirtli içkilər satıldığı müəyən edilib. Mağaza sahibləri inzibati qaydada cərimələnib.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. İdarənin xidməti ərazisində fəaliyyət göstərən bir neçə mağazada aparılan müşahidələr heç də ürəkaçan olmayıb. Əksər mağazalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satıldığı aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub və eyni halın bir daha təkrarlanmamsı üçün xəbərdarlıq edilib. Maraqlısı isə odur ki çəkiliş apardığımız bir çox mağazalarda azyaşlılara tütün və spritli içkilərin satışının qadağan olunması ilə xüsusi elanlar da vurulub. Ancaq görünür bu elanlar yalnız görüntü xarakteri daşıyır.

Bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq davam etdirilir.

Natiq Hüseyn