• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 15.01.2020 18:42

"Kəpəz" yoxlama oyunu keçirib

KepezTV Player

I Divizionda mübarizə aparan komandaların qış fasiləsi sona çatıb və kollektivlər 2-ci dövrənin hazırlıqlarına başlayıblar. Bu planda aşağı liqada çıxış edən “Kəpəz” də istirahətə son verərək məskunlaşdığı Gəncədə şəhər stadionunda təlim-məşq toplanışı üçün bir araya gəlib.

“Sarı-göylər” yeni istifadəyə verilən süni örtüklü meydançada məşq edir. Toplanış müddətində hazırlıq proqramına uyğun olaraq komanda ilk yoxlama oyununu keçirib. Komanda Komanda klubun 17 yaşlılardan ibarət  kollektivi ilə qarşılaşıb. Görüş 5:0 hesabı ilə Divizionda yarışan futbolçuların xeyrinə yekunlaşıb. Təlim-məşq toplanışı müddətində “Kəpəz” daha bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırıb. Qeyd edək ki, aşağı liqada çempionatın 2-ci dövrəsinə fevralın əvvəlində start veriləcək. Gəncə klubu 2020-ci ilin ilk rəsmi oyununa fevralın 6-da səfərdə çıxacaq. Nizami yurdunun təmsilçisi MOİK-in qonağı olacaq.