• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 15.01.2020 18:45

Valideynlər imtahanların gedişatından razıdırlar

KepezTV Player

Gəncə Dövlət Universitetində 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub. Tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də imtahan otaqlarında olub, test imtahan prosesini izləyiblər. Ümumilikdə 6 minə yaxın tələbənin biliyinin yoxlanacağı imtahanlarda yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək üçün operativ gərərgah yaradılıb. Habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsində yaranacaq problemlərin aradan qaldırılması məqsədilə Tələbə ombudsman mərkəzi də fəaliyyət göstərir. Yanvarın 31-dək davam edəcək sessiyada imtahanlar yazılı, test üsulu və qabiliyyət üzrə verilir.