• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 15.01.2020 12:23

Regionun ən zəngin muzeyi təmir edilir

KepezTV Player

Regionun ən zəngin muzeylərindən biri olan Gəncənin Tarix-Diyarşünaslıq Muzeyi təmirə dayanıb.  Qədim tarixə malik olan muzeyin binası Heydər Əliyev Fondu tərəfindən yenidən qurulur. 19-cu əsrə aid olan bina Cavadxanın nəticələri Adilxan, Ziyadxan, İsmayılxanın şəxsi mülki olub.Tarixi qədimə söykənən binada 30 ilə yaxındır əsaslı təmir işləri görülməyib. Bu isə zəngin və qədim ekspanatların qorunmasında, eləcə də ziyarətçilərin rahatlığı baxımından çətinliklər yaradırdı. Hazırda Gəncə memarlığının ən unikal nümunələrindən olan tikilidə təmir işləri gedir. İşlərin isə bu ilin ortalarına başa çatdırılması nəzərdə tutulur. Muzeyin ekspanatları isə Gəncə şəhər Nizami muzeyində möhürlənmiş halda saxlanılır.

Aygün İmanova - Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: Muzeyimizə şagirdlər, tələbələr, xarici ölkələrdən gələn qonaqlar gəlirdi. Hər zaman müzeyimiz bərbad vəziyyətdə olduğu üçün çox çətinlik çəkirdik. Təmirə ehtiyac olduğu üçün ekspanatları mühafizə edə bilmirdik. Heydər Əliyev fondunun dəstəyi ilə ən gözəl muzey bizim muzey olacaq. Muzeyin sərgilənməsində də dəyişiliklər olacaq, mühafizəsi, işıqlanması olacaq. Hər bir şərait yaradılacaq