• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 15.01.2020 10:33

Görünməz klaviatura Selfie Type belə işləyir

Ötən günlərdə Samsung, smartfon və planşetlərdə yazı yazmağı çox daha fərqli və asan hala gətirəcək bir xüsusiyyət barədə məlumat verib. Selfie Type adı verilən bu xüsusiyyət, cihazın ön kamerasını istifadə edərək süni intellekt alqoritmi sayəsində barmaq hərəkətlərini izləyir və sanki əlin altında bir klaviatura varmış kimi telefona ya da planşetə yazı yaza bilməni təmin edir. Bu şəkildə telefona əlinivurmadan çox daha asan bir formada yazı yazmaq mümkündür.

Selfie Type, Samsung şirkətinin c-Lab qrupu tərəfindən hazırlanan layihədir. Bu layihə smartfon və planşetlər üçün virtual klaviatura meydana gətirir və yazı yazmağı olduqca maraqlı bir şəkildə çox daha asan bir hala salır. Yəni Samsung şirkətinin yeni layihəsi, əllərin altında görünməz bir klaviatura meydana gətirir və bu klaviaturada yazı yazmaq üçün cihaza hər hansı bir təchizat qoşmaq lazım deyil.