• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 14.01.2020 22:02

Azərbaycan qazının Bolqarıstana nəqli üzrə plan açıqlanıb

KepezTV Player

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun  layihələndirilməsi, tikintisi və satınalmalar üzrə podratçısı olan Yunanıstan şirkəti layihənin reallaşdırılması zamanı yaranan istənilən ləngimənin qarşısını alacaq. Bu barədə Bolqarıstanın Energetika Nazirliyindən məlumat verilib. "2020-ci il yanvarın sonunadək Bolqarıstan və Yunanıstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca işçi sahələrdə müvəqqəti qurğuların tikintisi başa çatmalıdır". Tikinti cədvəlinə uyğun olaraq boruların mərhələli tədarük planı hazırlanır və onların saxlanması üçün müvəqqəti sahələr ayrılır.