• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 14.01.2020 21:44

Magistraturaya qəbul qaydaları sadələşdirildi

KepezTV Player

Ötən tədris illərində Dövlət İmtahan Mərkəzi tərəfindən Respublikanın ali təhsil müəsisəsinin magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçirilirdi. Birinci mərhələ bakalvrların ümumi intellekt səviyyəsinin məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi yoxlanılırdı. İkinci mərhələdə isə keçid mərhələ şərtlərini ödəyənlər ixtisas fənləri üzrə biliklərini qiymətləndirilməsi üçün imtahanda iştirak edirdilər. Bu isə imtahan verənlər üçün əlavə hazırlıq, eləcədə vaxt itkisi yaradırdı. Nazirlər kabinentinin yeni qərarı ilə bakalavrlar yalnız yeni tədris ilindən bir mərhələli imtahanda iştirak edə biləcəklər.

Nəsimi Məmmədov DİM-nin Gəncə Regional bölməsinin müdiri:‸Xüsusi qabiliyyət tələb edən ixtisasların ümumi intelekt səviyyəsinin yoxlanması ilə bağlı keçirilən imtahanda müsabiqə şərtini ödədikdən sonra xüsusi qabiliyyət tələb edən imtahanlarında iştirak edəcək və məqbul qiymət alan bakalavrlar təbii ki, magistraturanın ixtisas seçimində də iştirak edəcək. Yalnız ixtisas seçimində birinci mərhələsinin nəticələrinə uyğun ixtisas seçəcəklər. Eyni plan yerinə qarşılaşan bakalavrlar diplom qiymətləri əsas qiymət balı kimi götürüləcək.

Magistratura səviyyəsinə qəbulda edilən bu dəyişiliklər bakalvrlarında ürəyincədir

Mustafa Xıdırov tələbə:Gəncə Dövlət Universtetinin pedaqoji fakültəsində oxuyuram, dördüncü kurs tələbəsiyəm. Magistrın imtahanın iki mərhələsinə hazırlaşırdıq. Bir mərhələli olması daha yaxşıdı. Çünki ikinci mərhələdə çətinlik çəkmiyəcəyik. İxtisas balları hesablanaraq, ümumi hesab bal olacaq.

Tural Salmanov tələbə:İmtahanların əvvəlki illərdə iki mərhələli olması bizim daha çox məşğul olmasına gətirib çıxarırdı. Bir mərhələli olması biz tərəfdən daha yaxşı qarşılanır.

Magistraturaya qəbulun bu il keçiriləcək vaxtın tarixi ilə  bağlı məlumatlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında və magistr 1 jurnalında veriləcək. Ümumilikdə isə Respublikanın ali təhsil müəsisəsinin magistratura pilləsinə qəbul Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. 2010-cu ildən isə Gəncədə keçirilən magistratura imtahanlarına  müraciət edənlərin sayı artır. Belə ki, bu il birinci mərhələdə 1100, ikinci mərhələdə isə 750 bakalvr magistr olmaq üçün imtahan verib.