• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 14.01.2020 17:43

"Kəpəz"in uğurlarının memarı 60 yaşında

KepezTV Player

Təcrübəli mütəxəssis doğma şəhərinin peşəkar komandası olan “Kəpəz”lə həmyaşıddır. “Sarı-göylü” klub ötən il, Mehman müəllim isə bu il 60 yaşına çatıb.

Mehman Allahverdiyev geniş təqdimata ehtiyac duyulmayan insandır. İlk baxışdan adı və soyadı hər şeyi deyir.

“Kəpəz”in qazandığı bütün uğurlarda onun imzası var. Komanda 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, gümüş və bürünc medallar qazanıb.

Allahverdiyev “Kəpəz”ə yalnız futbolçu və məşqçi kimi deyil, həm də rəhbər kimi xidmət edib. O, prezident, vitse-prezident, icraçı direktor postlarını tutub.

Futbolumuzun ən titullu məşqçilərindən biri olan mütəxəssis oynadığı dövrləri də yada salıb.

Mehman müəllimin ən böyük arzusu “Kəpəz”i premyerliqada görməkdir.

Məşqçi yubileyini təmtəraqla qeyd etməyib.

Mehman Allahverdiyev uğurlarına görə bir sıra mükafatlara o cümlədən, SSRİ idman ustası, əməkdar məşqçi fəxri adlarına layiq görülüb.