• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 14.01.2020 10:30

Fiat 500 və Panda modelləri hibrid olublar

Fiat şirkəti Hybrid indeksinə sahib olaraq yenilənən 500 və Panda modellərini təqdim edib.Avtomobillər sırf elektrik ötürməsi ilə hərəkət edə bilmirlər, çünki onlar “yumşaq” hibriddirlər.

Fiat Panda və 500 modelləri eyni platformada inşa edilib və eyni 70 at qüvvəli güc qurğusu ilə təchiz edilirlər. Hibrid qurğunun tərkibinə 1,0-litrlik mühərrik və sürətlənmə zamanı ona yardım edən, əyləcləmə zamanı enerjini toplayan, həmçinin start-stop sisteminin işinə cavabdeh olan startyor-generator daxildir. Hər iki avtomobil 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir.

Fiat 500 Hybrid modeli Avropada fevral ayından başlayaraq satışa çıxarılacaq. Panda Hybrid isə bir ay sonra diler salonlarında debüt edəcək. Elektriklə hərəkətə gələn Fiat 500e modeli ilə mart ayında keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcək.