• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 13.01.2020 11:43

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3809 vətəndaş müraciət edib

KepezTV Player

2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Agentlikdən verilən məlumata görə, onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib. Agentliyə daxil olan müraciətlərin 1055-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 466-sı əlillik məsələləri, 316-sı işə qəbul və əmək münasibətləri, 201-i ambulator dərman təminatı, 259-u tibbi xidmətlərlə bağlı ödənişlər, 181-i göndərişlərin verilməsi və 537-si isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 794-ü icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqqı, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub və əsasən digər regionların sakinləri tərəfindən ünvanlanıb.