• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 11.01.2020 12:36

Yeni ərzaq anbarları istifadəyə verildi

KepezTV Player

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.Burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunan hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib. Bundan başqa, Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.